3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“WhatsApp”ın keçmiş əməkdaşları yeni sosial şəbəkə yaratdı
 “WhatsApp”ın keçmiş əməkdaşları yeni sosial şəbəkə yaratdı
Əlavə olunub: 07.20.2021 | 19:48 | Baxılıb: 4012
“WhatsApp” şirkətinin keçmiş əməkdaşları Nirac Arora və Maykl Donohyu “HalloApp” adlı yeni sosial şəbəkə istifadəyə veriblər.

Bu barədə “3ba.ru” mobil əlavənin saytına istinadən xəbər verir.

İstifadəçilər öz ünsiyyət dairələrini və xəbər lentini məhdudlaşdıra biləcəklər. Bu, “HalloApp”də yalnız telefon kitabçanızda olan şəxsləri dostluğunuza əlavə edə bilməyinizin sayəsində mümkün olacaq. Bu sosial şəbəkədə bəyənmə (layk), izləyicilər (folloverlər), həmçinin reklam və kontentin seçilməsi üçün alqoritmlər yoxdur.   

Mobil əlavəni “Google Play” və “AppStore” onlayn mağazalarından yükləmək mümkündür.

“The Verge” internet portalı qeyd edir ki, “HalloApp” bəzi xüsusiyyətləri ilə “WhatsApp”ı xatırladır.

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.