3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Vüqar Kərimovdan Bakının yaşıllaşdırılması ilə bağlı - Çağırış
 Vüqar Kərimovdan Bakının yaşıllaşdırılması ilə bağlı  - Çağırış
Əlavə olunub: 06.09.2021 | 19:16 | Baxılıb: 2023
“Növbəti dövrlərdə yaşıllıqların miqdarının 15 faizə çatdırılması qarşıya hədəf kimi qoyulub”.

“3ba.ru” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, 2020-2025-ci illərdə burada həm dövlət, həm də özəl sektorun böyük payı olmaqla, Abşeronda yaşıllıqların miqdarının artırılması ilə bağlı təkliflər işlənilir:

“Bu məsələdə təkcə hər şeyi dövlətdən gözləmək də düzgün olmazdı. Özəl sektor da aktiv olmalıdır, bu təşəbbüsə mütləq qoşulmalıdır.

“Sovetski”də böyük bir park salınıb. Bu cür layihələrimiz çoxdur. Demək olar ki, Bakının bütün rayonlarında belə layihələr həyata keçirilir. Köhnə tikililər, köhnə istehsalat müəssislərinin ərazisi sökülərək yerində müasir istirahət mərkəzləri, parklar salınır.  Bu, bir istiqamətdir.

Digər istiqamət nazirlik tərəfindən aparılan işlərdir. Daha çox Suraxanı rayonu ərazisində - Yod-brom zavodunun ərazisində yaşıllıq işləri aparılır. Hazırda Xocahəsən gölü ətrafında yaşıllıq işləri davam etdirilir.

Bu işlərin növbəti dövrlərdə daha genişmiqyaslı aparılması bizə onu deməyə əsas verir ki, Bakıda yaşıllıqların miqdarı artacaq.

Bura özəl sektorun da cəlb olunması yaxşı olardı. Həmçinin, Bakıda böyük aqrobağların da salınması onun yaşıllıq simasının dəyişilməsində çox böyük rol oynayır. Əsasən, Xəzər və Suraxanı, Abşeron yarımadası ən böyük  yaşıllıqlar olan ərazidir”.

Günel Türksoy

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.