3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tovuzda toyda 3 nəfərin yaralandığı hadisənin təfərrüatı
 Tovuzda toyda 3 nəfərin yaralandığı hadisənin təfərrüatı
Əlavə olunub: 07.20.2021 | 08:59 | Baxılıb: 3331
Xəbər verdiyimiz kimi, Tovuz rayonunda toyda dava düşüb.

"3ba.ru" xəbər verir ki, hadisənin təfərrüatı məlum olub. İnsident iyulun 20-i gecə saatlarında baş verib. Toyda spirtli içki qəbul edən gənclərin bir-biri ilə zarafat etməsi sonda mübahisəyə səbəb olub. 2001-ci il təvəllüdlü Elgün İsmayılov toydan götürdüyü "butılka" ilə tanışı, 1996-cı il təvəllüdlü Fərid Mehdiyevin başından zərbə endirib.

Gənclərin davası bir neçə dəqiqə davam edib, daha sonra onları sakitləşdiriblər və tərəflər bir-birindən ayrılaraq hadisə yerindən uzaqlaşıb.

Daha sonra E. İsmayılovu əvvəlki davaya görə yenidən söhbətə çağırıblar. Bu dəfə 20 yaşlı gənc yol kənarındakı bərbərxanaya daxil olaraq oradan qayçı götürüb. Davam edən mübahisə zamanı isə digər tanışları - 1991-ci il təvəllüdlü Mahir Kərimovla Fuad Hüseynovun hər birini qayçı ilə qarın nahiyəsindən vurub.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.