3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Son zəng” yalnız bu şərtlərlə keçiriləcək
 “Son zəng” yalnız bu şərtlərlə keçiriləcək
Əlavə olunub: 06.10.2021 | 21:39 | Baxılıb: 3437
“Son zəng” tədbirləri açıq havada keçiriləcək”.

“3ba.ru” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, burada müəyyən say məhdudiyyətləri tətbiq olunacaq:

“Kiçiksaylı məktəblərdə biz elə bir problemlər gözləmirik. Çünki burada yoluxma riskləri aşağıdır. Nisbətən böyüksaylı məktəblərdə - yüzdən artıq məzunu olan məktəblərdə, yəqin ki, bir neçə hissədən ibarət “Son zəng” tədbiri keçirəcəyik.

O cümlədən, birmənalı olaraq, karantin qaydalarına və şəxsi gigiyena qaydalarına, sosial məsafəyə riayət olunması həm müəllimlərimizdən, həm şagirdlərimizdən tələb olunacaq”.

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.