3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəmkirdə kişi torpaq uçqunu altında qaldı - Yenilənib
 Şəmkirdə kişi torpaq uçqunu altında qaldı  - Yenilənib
Əlavə olunub: 06.08.2021 | 21:48 | Baxılıb: 1631
Şəmkirdə bədbəxt hadisə baş verib.

“3ba.ru” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini həyətyanı sahəsində quyuda iş görən zaman torpaq çökməsi baş verib.

Nəticədə, quyuda işləyən iki nəfər xəsarət alıb. Hadisə yerinə təcilli tibbi yardım briqadası cəlb olunub. Onlardan birinin xəsarəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxsin xəsarəti yüngül olub, ona yerində yardım edilib.

***

Fövqəladə Hallar Nazirliyi Şəmkirdəki torpaq uçqunu ilə bağlı məlumat yayıb.

Bildirilib ki, rayonun Sərxan kəndində bir nəfər torpaq uçqunu altında qalıb. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə aparılan qazıntı işləri zamanı torpaq uçqunu baş verib və orada işləyən 1983-cü il təvəllüdlü Məmmədov Rövşən Məzahir oğlu təqribən 5 metr dərinlikdə çuxura yıxılaraq müxtəlif xəsarətlər alıb və torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində R.Məmmədov çuxurdan çıxarılıb təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.