3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qubada kişi səhvən atasını vurub öldürdü
 Qubada kişi səhvən atasını vurub öldürdü
Əlavə olunub: 07.21.2021 | 15:56 | Baxılıb: 3665
Qubada bədbəxt hadisə nəticəsində oğul atasını öldürüb.

“3ba.ru” Report-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi “Ford” markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası, 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.