3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Novxanıda 11 yaşlı uşaq dənizdə batdı
 Novxanıda 11 yaşlı uşaq dənizdə batdı
Əlavə olunub: 07.20.2021 | 09:19 | Baxılıb: 1696
Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) bir nəfər batıb. 

"3ba.ru"nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, batan şəxs 2010-cu il təvəllüdlü Kərimov Səid Nail oğludur.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.Kərimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.