3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Maşın dərəyə aşdı - Yaralılar var
 Maşın dərəyə aşdı  - Yaralılar var
Əlavə olunub: 07.19.2021 | 23:19 | Baxılıb: 1697
Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“3ba.ru"in məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, minik avtomobili yoldan çıxaraq dərəyə aşıb və nəticədə,  Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.