3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Erməni jurnalistin Avro-2020 üçün akkreditasiyası niyə bloklanıb?
 Erməni jurnalistin Avro-2020 üçün akkreditasiyası niyə bloklanıb?
Əlavə olunub: 06.09.2021 | 11:09 | Baxılıb: 1718
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Matç TV" telekanalının şərhçisi Nobel Arustamyanın Azərbaycan tərəfindən bloklandığına görə futbol üzrə Avro-2020-yə akkreditasiyadan keçməməsi barədə Rusiya KİV-in yaydığı məlumatı şərh edib.

"3ba.ru" xəbər verir ki, E. Məmmədov virtualaz.org-a açıqlamasında məsələ barədə məlumatlı olduqlarını qeyd edib:

"Vəziyyətə aydınlıq gətirmək üçün ilk növbədə onu qeyd etməliyəm ki, Avro-2020 UEFA-nın bayrağı altında vahid sistem şəklində təşkil olunur. 

Bu, eyni zamanda, UEFA-nın akkreditasiya qeydiyyatı sisteminə də aiddir. Yəni akkreditasiya üçün müraciət etmiş hər hansı şəxslə bağlı Avro-2020-nin oyunlarının keçiriləcəyi 11 şəhərin hər birinin Təşkilat Komitəsi tərəfindən təsdiq cavabı gəldikdən sonra qeydiyyat təsdiqlənir və müraciət edən şəxs akkreditasiyadan keçmiş hesab olunur. Konkret bu situasiyada adı qeyd olunan media nümayəndəsi hər hansı problemlə üzləşibsə, ona tövsiyə edərdik ki, bununla əlaqədar UEFA-ya müraciət etsin.

Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub”.

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.