3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əmisi oğlunu xilas etdi, özü boğulub öldü
 Əmisi oğlunu xilas etdi, özü boğulub öldü
Əlavə olunub: 07.20.2021 | 21:43 | Baxılıb: 3507
Biləsuvar şəhərində bədbəxt hadisə baş verib.

“3ba.ru” xəbər verir ki, hadisə şəhərin 8 mart küçəsində qeydə alınıb.

Yaşadıqları evin yaxınlığından axan Bolqar çayında çimən məktəblilərdən biri çayda boğulub.

Belə ki, 10 yaşlı əmisi oğlunun boğulduğunu görən Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu onu suyun dayaz hissəsinə çıxarmağına nail olsa da, ozü yorulduğundan çayda boğulub.

Orta məktəbin 9-cu sinfini başa vuran F. Məmmədli ailənin tək oğul övladı, nümunəvi, dərslərini əla qiymətlərlə oxuyan şagird idi. 

Surxay Şahbazov

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.