3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
 Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Əlavə olunub: 06.10.2021 | 07:13 | Baxılıb: 1040
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

DİM-dən "3ba.ru"a verilən məlumata görə, imtahanlar respublikanın 29 şəhər və rayonunda təşkil olunacaq və saat 11:00-da başlanacaq.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanlar respublikanın 29 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3 333 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 549 imtahan rəhbəri, 4 166 nəzarətçi-müəllim, 394 buraxılış rejimi əməkdaşı (mühafizə), 197 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 22 215 nəfərin iştirakı nəzərdə tutulur.

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.