3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda toy korteji qəzaya uğradı, xəsarət alanlar var - Fotolar
 Bakıda toy korteji qəzaya uğradı, xəsarət alanlar var  - Fotolar
Əlavə olunub: 07.21.2021 | 19:46 | Baxılıb: 2564
Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

"3ba.ru" APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Toy kortejində yüksək sürətlə hərəkətdə olan “Khazar” markalı avtomobil həmin kortejdə gedən “Ford”a çırpılıb.

Qəza nəticəsində biri qadın və biri kişi olmaqla, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.




Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.