3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda tanışı qadını öldürmək istədi
 Bakıda tanışı qadını öldürmək istədi
Əlavə olunub: 07.20.2021 | 14:57 | Baxılıb: 2011
İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

“3ba.ru” xəbər verir ki, bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək, sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq  davam edir.

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.