3BA NEWS
logo
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı - Video
 Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı  - Video
Əlavə olunub: 06.09.2021 | 12:00 | Baxılıb: 3961
Ötən gün saat 18:40 radələrində 28 May - 9-cu mikrorayon (Adil Məmmədov) küçəsi istiqamətində 85 saylı marşrut xətti üzrə hərəkət edən 99 JS 787 dövlət qeydiyyat nişanlı “İsuzu Citiport” markalı avtobusda sərnişinlərin biri tərəfindən insident törədilib.

“3ba.ru"in məlumatına görə, avtobusun Ziya Bünyadov prospekti 7A ünvanındakı dayanacaqda dayanmasından sonra orta və ya arxa qapıdan deyil, təkidlə ön qapıdan enən sərnişin daha sonra geri qayıdaraq nəqliyyat vasitəsinin ön şüşəsini yumruqla zərbə endirərək sındırıb.

Törədilmiş xuliqanlıq əməli ilə bağlı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

“Hər bir sərnişindən müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalarını xahiş edirik”, - deyə “Xaliq Faiqoğlu” şirkətindən bildirilib.

Geriyə
3BA.RU
xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.